Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ödənişli təhsil alan tələbələrə yeni xəbər

26.11.2020 12:05

Təhsil Nazirliyi elektron portal vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirir.

Nazirlikdən "Qafqazinfo”ya verilən məlumata görə, cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.  

Hazırda müraciətlərin qəbulu və  emalı prosesi davam edir.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2021 21:43

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR