Kəlbəcərin səhiyyə statistikası açıqlanıb

26.11.2020 11:44

TƏBİB Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən Xezerxeber.z-a verilən məlumata görə, işğaldan əvvəl rayonda 1 Mərkəzi Xəstəxana, 1 Uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 

Artıq Kəlbəcərdə həyat yenidən canlanacaq. Bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində dirçəlişin və mühüm yeniliklərin şahidi olacağıq. Çünki, biz Kəlbəcərə qayıdırıq.


© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR