Yeni tikilən binalara niyə qaz verilmir?

24.11.2020 17:17

Azərbaycanda yeni tikilən binaların qazlaşdırılması ilə bağlı problem hələ də aktual olaraq qalır. Bu problem özünün xüsusilə havalar soyuyanda qabarıq şəkildə göstərir.

Adətən evinə qaz gəlməməsindən əziyyət çəkən vətəndaşlar bunun günahını ilk növbədə Mənzil-Tkinti Kooperativlərində (MTK), qismən isə Fövqəladə Hallar Nazirliyində və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində görürlər.

Məsələn, sakinlərin əksəriyyəti düşünür ki, qazın olmaması "Azəriqaz”ın birbaşa onlarla deyil, MTK ilə iş görməsi ilə bağlıdır. Yəni, istehlakçılar evə qaz sayğacının quraşdırılması üçün "Azəriqaz”a yox, MTK-ya üz tutmalıdır. Bu isə onlara həddindən artıq baha qiymətə başa gəlir. Təklif olunan qiymətdən imtina etmək isə qazsız qalmaqla nəticələnir.

Bəs real vəziyyət necədir? Yeni tikilən binalara niyə qaz verilmir? "Report" bu suala cavab almaq üçün "Azəriqaz”a müraciət edib. İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyir ki, hündürmərtəbəli binaların qaz təchizatı "Azəriqaz” və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTK-nın sifarişi ilə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir.

Onun sözlərinə görə, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə, "Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, "Qazdan istifadə qaydalarının”, eləcə də qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti-quraşdırma işləri aparılır və texniki - icra sənədləri tərtib olunur.

"Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul kоmissiyаsının аktı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə "Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, "Azəriqaz”ın müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdən və irad olmadıqda dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir”./report

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR