Azərbaycanda yeni qadağalar olacaq? - Baş infeksionistdən açıqlama

26.10.2020 16:06

Koronavirus pandemiyası üzrə statistika artmağa davam edir. Yoluxmanın səbəbləri sırasına insanların maska taxmaması, sosial məsafənin qorumaması səbəb göstərilir. 

Bəli, diqqət yetirsək görərik ki, insanların böyük bir qismi qapalı məkanlarda maskadan istifadə etsələr də, sosial məsafəni qorumurlar. Bəs, tam dolu olan kafe-restoranlarda, ictimai nəqliyyatda sosial məsəfəni necə qorumaq olar ki...?!

Məsələ ilə bağlı ölkənin Baş infeksionist Təyyar Eyvazovla əlaqə saxladıq, lakin suallarımızı birbaşa Səhiyyə Nazirliyinə yönəltməli olduğumuzu, daha sonra cavab verə biləcəyini bildirib.

Redaktor.az tərəfindən elektron poçt vasitəsi ilə quruma edilən müraciət iki gün keçdikdən sonra cavablandırılıb. Baş infeksionist Təyyar Eyvazovun bizə göndərdiyi cavabı təqdim edirik:

"Eyni vəziyyət əksər ölkələrdə müşahidə olunur. Hələ yay aylarında yoluxma sayında artımın  olacağı ilə bağlı proqnozlar verilmişdı. Lakin onu da nəzərə almamaq olmaz ki, əhalinin bu təhlükəyə reaksiyası qənaətləndirici deyil. Hazırkı durumda karantin qaydalarına vətəndaşlarımız tərəfindən əməl olunması dərəcəsi bizi qane etmir. Hərbi vəziyyət, müharibənin doğurduğu fərqli situasiyanı da nəzərə almamaq olmaz. Belə şəraitdə nəzarətin gücləndirilməsinə ehtiyac duyulur".

Koronavirus problemdirsə, insanların maska taxmaması, məsafə saxlamaması da problemin tərkib hissəsidir. Bunları dəfələrlə hallandırıb, əhalini günahlandırmaqdansa, həll yolu üzrə məsələlər təhlil olunsa daha düzgün olmazmı?! Ümid edirik ki, qısa zaman ərzində yoluxma statistikasında azalmanı müşahidə edərik.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR