Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

25.10.2020 10:14

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Xezerxeber.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 55.7 faiz.

Abşeronda yoluxma faizi 14.6 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.6 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.7 faiz, Quba-Xaçmazda 2.4 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.9 faiz təşkil edir.

Paytaxtın rayonları üzrə koronavirus infeksiyasına yoluxma statistikasına gəlincə, ən yüksək yoluxma Binəqədi rayonunda qeydə alınıb. Bu rayon üzrə yoluxma 14.5 faizdir.

Xətaidə yoluxma 12.6 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 7.9 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 7.0 faiz, , Xəzərdə 5.7 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

© xezerxeber.az

FOTOQALERIYA






165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR