Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İş yerləri yenidən bağlana bilər?

23.10.2020 15:27

"Dostlar, vəziyyət ciddiləşir. Vətənin keşiyində duran əsgərlərimiz, doğma yurdlarına dönəcək yaşlılarımız, əzizlərimiz üçün hamımız qaydalara uyğun maska taxaq".

XəzərXəbər bildirir ki, bu sözləri publika.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.

Həkim bildirib ki, yolxuma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir.

"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Əhalinin yazla müqayisədə daha çox test etdirməsinin də rolu olduğunu deyə bilmərəm, tendensiyalar onu göstərdi ki, virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır". 

© xezerxeber.az

FOTOQALERIYA






328 dəfə oxunub

XƏBƏRLƏR

05.12.2020 12:21

Sabahın hava proqnozu

ÇOX OXUNANLAR