Qubadlının işğaldan azad edilməsinin üstünlüyü - Polkovnik AÇIQLADI

23.10.2020 15:10

"Qubadlının işğaldan azad olunması reallaşmağa çox yaxındır. Yaxın vaxtlarda bunu gözləyə bilərik".

Bunu açıqlamasında Milli Qəhrəman, ehtiyyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. 

Polkovnik bildirib ki, Qubadlının işğaldan azad olunması Ermənistana gedən asfalt yola nəzarət etməyimiz deməkdir:

"Qubadlının işğaldan azad olunması bizə əsas hansı üstünlüyü verəcək? Yazı Düzü yüksəkliyinə (Bazarçay və Həkəri çayı arasında yerləşir) qalxsaq, onun yuxarısı dağdır, dağın üstü əkin yeridir. Ermənistana gedən asfalt yol oradan keçir.

Həmin yüksəklik əldə olunduqdan sonra Laçın tərəflərdə Həkəri və Bərgüşad (Bazarçay) çaylarının vadiləri, o bölgədə olan bütün kəndlər qalır həmin yüksəklikdə (Yazı Düzü yüksəkliyi) olan qoşunların nəzarəti altında. Həmçinin, Yazı Düzünə qalxmaq çox real bir şeydir.

Yazı Düzü yüksəkliyi Laçın Koridoruna çıxmaq üçün əsas hədəfdir

Oranı nəzarətə götürməklə Ermənistan, yəni Gorus, Laçın və Dağlıq Qarabağ - Şuşa, Xankəndi yolunun tam yaxınlığına çıxırsan və oradan çox asanlıqla həmin yolu nəzarət altında saxlamaq olar. O cümlədən tezliklə Laçın koridorunu işğaldan azad edərək Laçın şəhərini işğaldan azad etməklə koridora tam nəzarət etmək kimi üstünlük əldə etmək olar".

Milli.Az

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR