Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Politoloq: Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var

23.10.2020 15:04

Əgər Azərbaycana hücum olunursa, beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var.

XəzərXəbər bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, Azərbaycan 1992-ci ildə BMT-yə işğal edilmiş ərazilərlə birlikdə daxil olub: "Yəni Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əraziləri kimi BMT-də təsbit olunub.

BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir dövlətin özünü müdafiə hüququ var və hər bir dövlət özünü müdafiəni ya fərdi, ya da kollektiv şəkildə həyata keçirə bilər. Azərbaycan bu gün fərdi şəkildə özünü müdafiə edir və torpaqlarını işğaldan azad edir. Bu, fərdi müdafiə hüququnun icra olunmasıdır.

BMT nizamnaməsi Azərbaycana belə bir hüququ verir və Azərbaycan öz suverenliyini bərpa etmək və ərazilərini işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanın bu haqq işinə qarşı çıxa bilməz. Çünki Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bu əks-hücum əməliyyatlarını aparır".

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

05.12.2020 12:48

Bakıda hadisə baş verib

05.12.2020 12:21

Sabahın hava proqnozu

ÇOX OXUNANLAR