Əyani dərslərin gündəlik sayını artırmaq olmaz - SƏBƏB

01.10.2020 18:30

Şagird yarımqrupları üçün əyani dərslərin miqdarını artırmaq bir neçə səbəbdən mümkün deyil.

XəzərXəbər Təhsil Nazirliyinə istinadən xəbər verir ki, birinci səbəb odur ki, müəllimin izafi dərs yükü yaranır, bu da yolverilməzdir.

Tövsiyə edilən dərs cədvəllərində I – IV sinif şagirdləri üçün həftədə 10-11 saat, V – IX sinif şagirdləri üçün isə 15 saat əyani dərs nəzərdə tutulur.

II səbəb – şagird sıxlığını azaltmaq məqsədilə məktəblərin növbəli rejimə keçməsi və hər növbə arasında minimum 1 saat vaxtın sinif otağının dezinfeksiyasına və təmizlənməsinə ayrılması səbəbindən şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır.

X – XI sinif şagirdlərinin hazırda distant dərslərdə iştirak edə bilməmələrinə gəlincə isə, nazirlikdən bildirilib ki, bu sinif şagirdləri teledərslərə baxmaqla yaranmış fasiləni kompensasiya etməlidirlər.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR