Paytaxtın 2 rayonuna içməli su fasilələrlə veriləcək

25.09.2020 14:43

Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu” ASC-dən xezerxeber.az-a bildirilib ki, paytaxtın Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar sentyabrın 25-də gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR