Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələnib

19.09.2020 16:37

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 18-də paytaxtın Xəzər rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Şüvəlan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbənin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini A. Ağabəyov barəsində protokol tərtib edilərək 3 000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

28.10.2020 09:47

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR