"Azərişıq": "Şərq kondisionerləri enerji sərfiyyatında problem yaradır"

14.08.2020 17:56

"Şərq ölkələrində istehsal olunan kondisionerlər enerji sərfiyyatı ilə bağlı problem yaradır". 

Bu barədə jurnalistlərə açıqlamasında  "Azərişıq" ASC-nin  Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib. 

O qeyd edib ki, qərb ölkələrində istehsal olunan, yaxud qərbdə istifadə üçün istehsal edilən  kondisionerlərdə belə problemlər olmur. "Təəssüf ki,  ancaq Şərq ölkələrində istehsal olunan kondisionerlərlə bağlı problem olur", -deyə V.Nəbibəyli əlavə edib.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR