Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

13.08.2020 16:32

Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

XəzərXəbər xəbər verir ki, imtahanlarda 20 minə yaxın abituriyent iştirak edib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb.

İştirakçılar imtahana tibbi maska ilə gəlib və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunub.

İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim edilib, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə verilib.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR