Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Avqustun 14-dən...

13.08.2020 16:15

Avqust ayının ortalarında hava sərin keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ötən illərdən fərqli olaraq bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb.

Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır. Növbəti nisbətən sərin hava dalğasının təsiri avqustun 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq.

Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

© xezerxeber.az

FOTOQALERIYA






143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR