Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində audit aparılıb

10.07.2020 17:21

Hesablama Palatasının 2020-ci il üzrə iş planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrası üzrə uyğunluq auditi aparılıb.

Palatanın mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, audit nəticəsində əsasən aşağıdakı nəticələr müəyyən edilib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən ailə tərkibinin və ailənin yaşayış yerinin, ailə üzvünün işə girməsi və ya işdən çıxması nəticəsində ailənin gəlirlərinin dəyişməsi faktlarının vaxtında aşkar edilməməsi nəticəsində auditlə əhatə olunan dövrdə 286 halda ünvanlı dövlət sosial yardımı üzrə ödəniş davam etdirilərək ümumilikdə 214,7 min manat məbləğində sosial yardım ödənilib, həmçinin sosial yardımın məbləğinin dəyişməsinə və ya ödənişin dayanmasına səbəb ola biləcək məlumatların vətəndaşlar tərəfindən təqdim edilməməsi səbəbindən bağlanılmış 234 sosial yardım işi üzrə vətəndaşların müvafiq bank hesablarında audit olunan dövrün əvvəlinə cəmi 24,4 min manat məbləğində vəsait qalıb. Bununla yanaşı, Müavinət Alt Sisteminin digər müvafiq alt sistemlərə lazımi səviyyədə inteqrasiya olunmaması nəticəsində sosial müavinətin ödənişinin dayandırılması üçün mövcud olan əsaslar, o cümlədən vətəndaşların vəfat etməsi, əmək pensiyası hüquqlarının olması və ya işləməsi vaxtında aşkar edilməyib, əmək pensiyası hüququ olan, eləcə də sosial müavinət almaq hüququ olmayan vətəndaşlara 96 sosial müavinət işi üzrə cəmi 96,9 min manat vəsait ödənilib, həmin vəsaitdən müxtəlif səbəblərdən 80 iş üzrə 84,1 min manat vəsait müvafiq bank hesablarında qalıb. Auditlə əhatə olunan dövrdə düzgün olmayaraq ümumilikdə 246 pensiya işi üzrə 276,1 min manat məbləğində vəsaitin ödənilməsi həyata keçirilib, həmin vəsaitdən müxtəlif səbəblərdən pensiya hesablarında 137,5 min manat vəsait qalıb, habelə məcburi dövlət sosial sığorta haqları hesabına 3 min 248,82 manat artıq müavinət ödənilib. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən əsassız və artıq ödəmələr üzrə 116,5 min manat vəsait dövlət büdcəsinə, 276,6 min manat vəsait isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə olmaqla ümumilikdə 393,1 min manat vəsait bərpa edilib və ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 286 iş üzrə ödəniş dayandırılıb, eyni zamanda, Hesablama Palatasının müvafiq qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə ünvanlı dövlət sosial yardımı təyinatından imtina üçün əsaslar aşkar edilmiş 259 sosial yardım işi üzrə ödənilmiş ümumilikdə 214,7 min manat, sosial müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 5 min 404,36 manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə artıq ödəmə məbləğindən qalan 2 min 749,82 manat vəsaitin müvafiq büdcələrə bərpa olunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi tapşırılıb.

Qeyd edək ki, Məlumat "Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.9.-cu bəndinin icrası olaraq hazırlanıb.

© xezerxeber.az


203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR