Təhsil Nazirliyinin işçilərinin sosial müdafiəsi gücləndiriləcək

08.07.2020 12:25

Qeyri-formal təhsillə və xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması ilə əlaqədar xidmət haqları Təhsil Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Təhsil Nazirliyinin hesabına köçürüləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanlarda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, bu vəsaitin istifadə qaydasını Nazirlər Kabineti müəyyən edəcək.

Qeyd edək ki, Nazirlər Kabineti üç ay müddətində peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləğini və Azərbaycanda xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləğini təsdiq etməlidir.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR