Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO

07.07.2020 17:21

Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən "Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.

© xezerxeber.az

FOTOQALERIYA






171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR