Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

TƏBİB-dən AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə AÇIQLAMA

02.07.2020 15:06

COVİD-19-dan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadə özəl klinikaların birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

XəzərXəbər xəbər verir ki, bunu APA-nın sorğusuna cavabında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya ("buzlu şüşə"), anemiya, splenomeqaliya, kəskin ağciyər, ürək çatışmazlığı olub.

Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.

R.Əliyeva bildirib ki, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə S.Nemətzadənin səs yazısı yayılıb. Bu səs yazısında S.Nemətzadə xəstəxanada xəstəxanada şəraitin olmamasından narazılıq edib.

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR