İnsan niyə ac qala bilmir? - ELMİ CAVAB

06.06.2020 15:54

Aclıq insan həyatı və sağlamlığı üçün əhəmiyyətli bir riskdir. Tələblər yerinə yetirildikdən və aclıq dayandırıldıqdan sonra belə hər şeyin yaxşı qurtaracağı barədə proqnoz və zəmanət vermək çətindir.

Xarici mətbuat xəbər verir ki, böyük insana bədən tempraturunu, ürək döyüntüsünü və beynin fəaliyyətini saxlamaq üçün gün ərzində aşağısı 1200 kalori lazımdır. Bundan başqa minimal fiziki fəallıq üçün daha 400 kalori tələb olunur.

Lakin bizim bədənimiz qısa müddətli aclığa və üzun müddətli az qidalanmağa uyğunlaşmağa qadirdir. Məsələn, konsentrasiya düşərgələrində olduğu kimi. Diabetə meylli olan genlər hətta qidasızlıq üçün təkamül uyğunlaşması hesab olunur.

Aclıq və əhəmiyyətli dərəcədə kalorinin məhdudlaşdırılması nəticəsində avtofagiya (qısa müddətli aclıq zamanı başlayır, orqanizmdəki zərərli maddələri xaric edir) prosesi - köhnəlmiş molekulların və hüceyrə komponentlərinin təkrar emalı başlayır və həmçinin uzunömürlüyə yönəldilən siqnallar verilir.

Maddələr mübadiləsi hormonal dəyişikliklər sayəsində əhəmiyyətli dərəcədə zəifləyir. Uzun müddət ac qalan insanların vəziyyəti qış yuxusuna getmək kimi təsvir olunur.

Aclığın ilk günlərində maddələr mübadiləsi zülallardan qlükoza formalaşmasına keçid edir və əzələlərin həcmi azalır. Bu qlükonogenez adlanır. Nəticədə yağ toxumaları əsas enerji mənbəyinə çevrilir.

Yağdan qlükozanı əvəzləyən ketonlar - energetika valyutası yaranır. Bu proses isə ketogenez kimi tanınır. Bu çox vacib prosesdir, çünki beyin enerji mənbəyi kimi yalnız qlükozadan və ketondan istifadə etməyə qadirdir.

Bədənimizin güc amilləri hansılardır?

Aclığa davam gətirmək bacarığı sadəcə enerji ehtiyatları ilə bağlı deyil. Bizə həyat fəaliyyətini tam təmin etmək üçün həmçinin vitaminlər, minerallar, yağ turşuları və müxtəlif birləşmələr (əsasən bitki mənşəli) lazımdır. Uzun müddətli aclıq məhz vitamin, mineral ehtiyatlarının tükənməsi , immun və sinir sistemlərinin zəifləməsi üçün təhlükəlidir.

Biz müəyyən dəmir ehtiyatlarına, həmçinin A, D, E, C, folat və B12 vitaminlərinə sahibik. Onlar bir neçə həftə və ya bir neçə ay kifayət edə bilər. Lakin sonradan avitaminoz (vitamin çatışmazlığı) yarana bilər.

Məsələn, C vitamini çatışmazlığı bədəndə kollegenin yaranmaması, dişlərin qırılması, damağın qanaması və qan damarlarının partlaması kimi xəstəliklərə gətirib çıxarır.

Saxlamadığımız vitaminlər daima qida vasitəsiylə orqanizmə daxil olmalıdır. Ac qalan insanlar üçün B1 vitamini, tiamin daha kritikdir. Onun çatışmazlığı aclıqdan 3 həftə sonra artıq özünü göstərir, sinir sistemi və düşüncə ilə bağlı problemlər yaradır, həmçinin görmə qabiliyyətinin itirilməsinə və hərəkətin pozulmasına gətirib çıxarır.

Böyük yağ ehtiyatlarına sahib olan insanlar bir qədər çox ac qala bilərlər. Yağ toxumaları təkcə enerji mənbəyi deyil, həm də yağda həll olan vitaminlər və əvəz olunmayan doymamış yağlı turşulardır.

Əgər kişilərin bədən kütlə indeksi 13-dən, qadınlarınkı isə 11-dən aşağıdırsa bu həyat üçün ciddi təhlükə hesab edilir. Bu, insan səhhətində əhəmiyyətli və qayıtması mümkün olmayan dəyişikliklər, o cümlədən su udmaq, eşitmə, görmə və tənəffüslə bağlı problemlər deməkdir.

Uzun müddətli aclığın riskləri hansılardır?

İnsan nə qədər çox aclıq edərsə, ürək çatışmazlığı və ya enerji, vitamin çatışmazlığı nəticəsində beynin zədələnməsi riski daha çox olur. Ehtiyatların tədricən tükənməsi bütün sistemdə əks olunur.

Bizim sümüklərimiz kalsium bazasıdır. Qan plazmasında kalsium səviyyəsi daimi olmalıdır. Ona görə də insan heç nə yemədiyi zaman kalsium da qidayla daxil olmur və sümüklər də tədricən onu itirməyə başlayırlar. Və nəticədə uzun müddət aclıq keçirən insanların sümükləri kövrəkləşir.

İmmun sistemi hüceyrələri məhz qlükozadan asılıdır. Ona görə də aclıq və ya üzün müddətli karbohidratsız pəhriz immun sistemini zəiflədir. Aclıq yolunu seçən insanlar ən çox infeksiya xəstəliklərinə yoluxmaq və ağırlaşmaq riski daşıyırlar. Uzun müddətli aclıq bağırsaq və onun mikroflorası üçün çox zərərlidir. Mikrofloranın tərkibi dəyişir və qida olmayan zaman o bağırsağın ölmüş hüceyrələri ilə qidalanmağa başlayır. Bağırsağın selikli pərdəsi çətin bərpa olunur və intensiv şəkildə ölür.

Bütün bunlar ishal riskini, bağırsaq zədələnməsi və qida çatışmazlığı riskini artırır.

Aclıq bədən temperaturunu tənzimləmək bacarığının itirilməsinə gətirib çıxarır. Bu qalxanvarı vəzlərdə hormonlar səviyyəsinin dəyişilməsi nəticəsində baş verir. Ona görə də aclıq zamanı insanlar hipotermiya (insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptom) riskinə məruz qalır.

Digər fəsadları isə başgicəllənməsi, aşağı təzyiq, qarında ağrı, susuzluq, ürək döyüntüsünün zəifləməsi, qanda kaliumun aşağı səviyyəsi, həmçinin ürək çatışmazlığı və digər orqanların fəaliyyətini dayandırmasıdır.

Aclığı dayandırmaq da həmçinin peşəkar köməyilə həyata keçirilməli olan çətin prosesdir. "Bəslənmə sindromu" deyilən bir termin var, hansı ki, elektrolitlər balansının qəfil dəyişməsi ölümcül nəticələrə gətirib çıxara bilər.

İnsanlar ürəkdə, sinir sistemində pozuntular və şişkinliyə məruz qalmaq riskini daşıyırlar. Bağırsaq tədricən mikrofloranı, məsələn, qidalanma bacarığını və laktozanın parçalanmasını bərpa etməlidir.

Aclıq nə qədər çox davam edərsə, sağlamlıq riski daha çox olar. Belə hallarda beyin və ürəyin fəaliyyəti üçün vacib olan vitamin və elektorolitləri təmin edən qeyri-zorakı tibbi yardım çox vacibdir.

Publika.az

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR