Bu içkilər xərçəng riskini 18% ARTIRIR

05.06.2020 08:53

Sorbonne Universitetinin Fransız alimləri tərəfindən aparılan araşdırmaya görə şəkərli içkilər xərçəng riskini 18% artırır.

Xarici mətbuat xəbər verir ki, araşdırmalar çərçivəsində xərçəng riskini artıran qrupda meyvə şirəsi, meyvəli süt, enerji içkiləri, şəkərli çay və ya qəhvənin yer aldığı müəyyənləşdirilib.

Alimlərin sözlərinə görə şəkərli içkilərin xərçəng riskini artırmasına səbəb qanda şəkərin səviyyəsinin qalxması olur.

Araşdırmanın nəticələri British Medical Journal-da dərc olunub./publika.az

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR