Koronavirusa qarşı ən təsirli fərdi qoruyucu vasitələr infeksiyanın ən kiçik hissəciklərini tuta bilən filtrləri olan respiratorlardır.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Gamalei Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı tədqiqatçısı, virusoloq Viktor Lariçev deyib.
"Tikinti respiratorları havanı daha yaxşı süzür, çünki onlar incə toz tuta bilən filtrləri olan xüsusi materialdan hazırlanıb. Təəssüf ki, tibbi maskalar toz saxlaya bilməyəcək, ancaq respirator bu barədə daha effektivdir”, - deyə mütəxəssis respiratorların üzdə daha sıx qaldığını xatırladaraq qeyd edib.
"Moskva Danışır” radiostansiyasına verdiyi müsahibədə Viktor Lariçev maskaların koronavirusun yayılmasını nəzarətdə saxlayan təsirli üsul olduğunu vurğulayıb. İnfeksiyanın hissəcikləri asqıran, öskürən və ya danışan zaman bədənə daxil ola bilər. Maskalar havada hərəkət edərkən maye damcılarını saxlayır.
Məlumat üçün bildirək ki, Rusiyanın Səhiyyə Nazirliyi koronavirusu müalicə edən ilk dərmanı artıq təsdiq edib. Mütəxəssislər onun effektivliyini qiymətləndirib, preparat lazımi laborator müayinələrdən keçib və tezliklə ölkənin xəstəxanalarına paylanacaq./publika.az
© xezerxeber.azAzərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB