Koronavirusa qarşı burun damcısı peyvəndi hazırlandı

30.05.2020 18:17

Rusiyanın "Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, Rusiya alimlərinin hazırladıqları yeni peyvənd burun damcısı şəklindədir. Mərkəzin baş direktoru Rinat Maksyutov jurnalistlərə bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi öyrənilir.

Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






413 dəfə oxunub

XƏBƏRLƏR

27.01.2021 14:06

Sabah hava necə olacaq?

ÇOX OXUNANLAR