Azərbaycanda bu il nikaha daxil olan və boşananların sayı məlum olub

21.05.2020 16:14

Bu ilin ilk üç ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 12 127 nikaha daxilolma qeydə alınıb.

Bu barədə xezerxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeydə alınmış boşanma hallarının sayı isə 3 823 təşkil edib. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9, boşanmaların sayı isə 1,5 olmuşdur.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR