Sosial yardım alan ailələrin sayı 78 min 300-ə çatıb

09.04.2020 14:23

Aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, apreldə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5, yəni 9300 ailə və ya 38 min nəfər artıb. Həmin yardımı alanların sayı 330 min nəfərə - 78 min 300 ailəyə çatıb.

Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Aztəminatlı ailələrə növbəti dəstək kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

© xezerxeber.az

FOTOQALERIYA






147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR