Adil Qeybulladan QORXUNC KORONAVİRUS XƏBƏRDARLIĞI: Vətəndaşlar belə yanaşarsa, apreldə…

31.03.2020 15:48

"Bəzi vətəndaşların məsuliyyətsizliyi dəhşətli faktlara yol aça bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor bildirib ki, bəzi məsuliyyətsiz vətəndaşlar özlərinin və başqalarının həyatını risk altına atmaqda davam edirlər: "Koronavirusla bağlı yetərincə məlumatlar, tövsiyələr hər yerdə paylaşılır, dərc olunur. Pandemiyanı hələ tam dərk etməyənlər var. Yollarda yenə maşınlar və vətəndaşlar harasa gedirlər, riski daha da artırırlar. Bu, belə olmalı deyil. Prosesin sonundakı dəhşəti anlamırlar. Düşünürəm ki, tədbirlər bir az da sərtləşdirilməlidir.

Yoluxma və ölüm faktının artmasının ilk növbədə günahkarı bəzi vətəndaşlardır. Bu qədər maariflənmə işlərinin getməsinə baxmayaraq, infeksiyanı ciddiyə almır, görməzdən gəlirlər. Ssenari belə davam edərsə, aprel ayında yoluxma faktları ilə bağlı artım gözləyirəm. İnkubasiya dövrünü bitirərək, xəstəliyi üzə çıxan insanlar olacaq. Biz nə qədər intizama riayət etsək, o qədər az itki ilə mübarizədən ayrılacayıq. İntizamı nə qədər pozsaq, o qədər də çox itki verəcəyik. İşin 60-70%-ni təmasların məhdudlaşdırılması və gigiyena qaydalarının gözlənilməsi təşkil edir”.

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR