Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI

31.03.2020 14:31

Həddən artıq çəki və piylənmə müxtəlif xəstəliklərin inkişafını sürətləndirən, səhhətimizi təhlükəyə atan başlıca amillərdən biridir. Məlum olub ki, köklük yeni tip koronavirus infeksiyasına da yoluxma riskini artıran əsas amillərdən biridir.

Rusiya mətbuatı xəbər verir ki, bədən kütləsi indeksi nə qədər yüksək olsa, xəstəlik bir o qədər şiddətlənir.

"Bədən kütləsi indeksi müxtəlif yoluxucu və xroniki xəstəliklərlə birbaşa əlaqəlidir. Bu cür insanlar patologiyaların bir hissəsini özlərində daşıyır və nəticədə COVID-19-a qarşı daha dözümsüz olacaqlar. Bunu mövcud statistika da təsdiqləyir”, - deyə gen mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov "İzvestiya”ya verdiyi açıqlamasında qeyd edib.

Обнаружена связь между коронавирусом и ожирением: Яндекс.Новости

Yüksək dərəcədə piylənməsi olan insanlarda bir qayda olaraq ağciyərlərin işləmə həcmi azalır, bu da xəstəliyin pnevmoniya şəklində inkişafına kömək edir. Seçenov Universiteti Sağlamlıq İdarəetmə Klinikasının dietoloqu Natalya Puqaçeva isə hesab edir ki, xüsusilə yüksək piylənməsi olan insanlar risk altındadır.

Rus mütəxəssislər xarici həmkarlarının məlumatlarına etibar edirlər. Belə ki, Birləşmiş Krallıq ciddi xəstəliklərə yoluxanların sayının təxminən üçdə ikisinin kilolu olduğunu elan edib. Fəsadların ən yüksək riskinə bədən kütləsi indeksi 40-dan çox olan insanlarda rast gəlinir.

publika.az

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

29.05.2020 14:41

“Yura” tutuldu

ÇOX OXUNANLAR