Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sosial şəbəkələrdə Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanılıb - FOTO

28.03.2020 16:23

Sosial şəbəkələrdə Zaqatalada koronavirus infeksiyasının yayılması ilə bağlı yalan xəbər yayan şəxslər saxlanılb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.

Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR