Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Heydər Əliyev Fondu tənha yaşayan yaşlı insanlara yardım edib - FOTO

25.03.2020 21:08

Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb.

Xezerxeber.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir.

Belə ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır. Həmçinin dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, karantin rejimi müddətində 65 yaşdan yuxarı tənha şəxslər gündəlik zəruri sosial xidmət sahəsi üzrə müraciətləri ilə bağlı RİİB-in «150» qaynar xəttinə müraciət edə bilər.

© xezerxeber.az

FOTOQALERIYA






176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR