Həkimlər koronavirusdan artan ÖLÜM RİSİKİNİ müəyyənləşdirdi

22.03.2020 16:44

İtaliyalı həkimlər koronavirusa yoluxduqdan sonra ölüm riskini artıran xəstəlikləri açıqlayıb.

Xarici mətbuata istinadən xəbər verir ki, məruzə "Simit.org” portalında yayımlanıb.

Beləliklə, ürək-damar sistemi ilə bağlı problemlər müəyyən bir təhlükə yaradır, buna görə infeksiya nəticəsində ölüm riski 10,5 faiz artır.

Diabetdən əziyyət çəkən insanlar da risk altındadır. Bu vəziyyətdə ölüm riski 7.3 faiz yüksəkdir. Xroniki tənəffüs xəstəlikləri olan insanlar üçün risk 6,5 faiz, yüksək təzyiq - 6 faiz, xərçəng xəstələrində 5,6 faiz yüksəkdir./publika.az

© xezerxeber.az


317 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR