Qərargah: Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır

27.02.2020 20:54

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında qərargahdan xezerxeber.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Nazirlər Kabinetinin yanında qərargah nəzərə çardırır ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

© xezerxeber.az

FOTOQALERIYA






280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR