Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur

27.02.2020 17:04

Gürcüstanda mümkün koronavirus simptomları daşıyan xəstələr arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Trend-ə Gürcüstan Səhiyyə, Əmək və Sosial İşlər Nazirliyindən bildiriblər.

Mənbənin sözlərinə görə, hazırda koronavirusa yoluxan bir Gürcüstan vətəndaşı var. 50 yaşlı xəstə İrandan Gürcüstana gəlib. Onun vəziyyəti qənaətbəxş hesab edilir.

Bundan başqa qeyd olunub ki, Gürcüstan infeksiya xəstəxanasının xüsusi bölməsində koronavirus şübhəsi ilə xəstələr yerləşdirilib, onların arasında Gürcüstan və Azərbaycan vətəndaşları var.

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR