Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019 16:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər. Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

Nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov AZƏRTAC-a bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək. Hazırda araşdırmalar davam etdirilir.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

07.12.2019 16:26

MSK iclas keçirdi

ÇOX OXUNANLAR