Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı

05.11.2019 12:21

Alimlər dünyanın ən bahalı bitkilərindən biri olan zəfəranın depressiyaya qarşı effektiv mübarizə üsulu olduğunu açıqlayıb.

Avstraliyada aparılan araşdırma depressiyanın müalicəsində zəfəranın müsbət təsirlərini üzə çıxarıb.

Murdok Universitetinin tədqiqatçısı Adrian Loprestinin sözlərinə görə, depressiyanın müalicəsində zəfəranı plasebo ilə birlikdə istifadə edən xəstələrdə simptonların orta hesabla 21-41 faiz azaldığı müşahidə olunub. Lopresti onu da qeyd edib ki, araşdırmada zəfəranın bir çox faydaları üzə çıxıb:

"Yuxu keyfiyyətini yaxşılaşdırır, ovqatı yüksəldir, həzz səviyyəsini qaldırır, gündəlik aktivliyi bərpa edir”.

Mütəxəssislər hesab edir ki, müalicədə yalnız zəfəranın istifadəsi kifayət etməyə bilər, daha dəqiq faktlar əldə etmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac var.

"Qırmızı qızıl" adlandırılan bu bitkinin kq-ı təxminən 3 min dollardır./publika.az

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR