Meteohəssas insanlar üçün xoş xəbər

05.11.2019 10:32

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, ötən gün Günəş fəallığı çox aşağı səviyyə, Günəş diski ləkəsiz olub. Bu səbəbdən geomaqnit sahə də son 24 saat ərzində ümumən sakit olub.

Məlumata görə, noyabrın 4-6-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR