Əgər yatanda xoruldayır və ağzınızdan su gəlirsə... - Həkimdən ŞOK XƏBƏRDARLIQ

15.10.2019 14:34

İnsan həyatının keyfiyyətini aşağı salan faktorlardan biri də burun və boğazda olan normadan artıq ətdir. Kimi erkən yaşda əməliyyat etdirib, yaxa qurtarmağa çalışırsa, kimi bunun mənasız olduğunu düşünür. Bəs, burun əti kəsilməlidir, ya yox? "Adenoid (burun əti) sonradan qulaq şikayətlərinə, zəif eşitməyə, nitqin inkişafının pozulmasına belə gətirib çıxara bilər. Əgər uşaq xoruldayırsa, narahat yatırsa, ağzı ilə nəfəs alırsa və s. bu, birmənalı əməliyyata göstərişdir. Çünki uşaq öz şikayətini ifadə edə bilmir”.

Bu sözləri "Publikanın həkimi” layihəsinin qonağı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının LOR şöbəsinin müdiri, uzman doktor Murad Şıxəliyev deyib. Şıxəliyevin sözlərinə görə, boğazdakı artıq ət vaxtında götürülməzsə, müəyyən fəsadlara gətirib çıxara bilər: "Boğaz əti (tonsil) ilə burun ətinin əsas fərqi budur ki, burun əti əsasən iltihabı olmayan bir törəmədir, hansı ki, müalicə etmək lazımdır, boğaz əti isə boğazın xroniki iltihabi prosesidir. Artıq müəyyən müddətdən sonra bakteriyalar üçün tuluğa çevrilir. Bu da oynaq xəstəliklərinə, revmatizmə, ürək qapağının qüsurları və s. ağırlaşmalara səbəb ola bilər”.

Şıxəliyev bildirib ki, tonsilləri 4 yaşdan aşağı əməliyyat edilməsi məqsədəuyğun hesab edilmir: "Çalışırıq hər şeyi edək ki, boğaz ətini 4 yaşdan aşağı əməliyyat etməyək. Çünki 4 yaşa qədər bədənimizin, immun sistemimizin formalaşması üçün tonsillərə ehtiyacımız var. Amma ildə 4-5 dəfə tonsil olursa boğaz ətinin kəsilməsi məsləhət görülür. Çünki artıq bədən üçün infeksiya mənbəyi sayılır. Ağırlaşmalara səbəb ola bilər”.

© xezerxeber.az


357 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR