Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

BŞTİ müdiri: "Bakı məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur"

15.10.2019 11:18

"Birinci sinfə qəbul üçün elektron qeydiyyat şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarəolunmasını təmin etməyə, şagird kontingentinin uçot sistemini təkmilləşdirməyə, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edərək qabaqlayıcı tədbirlər görməyə imkan verir".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir.

R. Tağıyev bildirib ki, tədrisi digər dillərdə aparılan bölmələrdə şagird qəbulu müsahibə prosesi əsasında həyata keçirilib: "Bakının 12 rayonu üzrə 9 mərkəzdə yaradılan müvafiq komissiyalar tərəfindən aparılan müsahibələrdə müvafiq şifahi nitq bacarığı olan uşaqlar uğur qazanıblar".

BŞTİ müdiri eyni zamanda qeyd edib ki, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə prioritetlər əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir: "Ümumilikdə Bakı məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur".

R.Tağıyev bildirib ki, 2019-2020-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə 46 293 uşaq qəbul edilib.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR