Tibbi sığortadan istifadə etmək istəyənlər əvvəlcə ərazi tibb müəssisələrinə müraciət edəcəklər

05.10.2019 09:06

İcbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq edildikdən sonra vətəndaşlar icbari tibbi sığorta paketindən istifadə etmək üçün əvvəlcə ərazi üzrə icbari tibbi sığorta sistemində çalışan tibb müəssisələrinə müraciət edəcəklər.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, həmin xəstəxanada vətəndaşın lazımi müayinə və müalicəsi mümkün olmadıqda o, göstərişlə Agentliklə müqaviləsi olan özəl xəstəxanalara da yönləndirilə bilər. Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı müəyyən edilib.

Agentlikdən əlavə edilib ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda əhalinin bəzi qrupları üçün sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək. Həmin şəxslər 18 yaşınadək şəxslər 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar olacaq. Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəzərdə tutulur.

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR