Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən, yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyi nəzərə alınaraq "Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.
Sentyabrın 10-dan başlayaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az portalının təşəbbüsü ilə tədbirlər keçirilib. Ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
Bu məqsədlə Bakının Binəqədi, Sabunçu, Nərimanov, Xəzər, Səbail,
Qaradağ, Xətai, Yasamal, Pirallahı, Nəsimi və Suraxanı rayonlarında
maarifləndirici aksiyalar keçirilib. Tədbirlər çərçivəsində məktəblərin
önünə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış
maarifləndirici şüarlar əks olunan plakatlar vurulub. Plakatlarda
şagirdlərə, müəllimlərə və valideynlərə yol hərəkəti qaydaları izah
edilib. Bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada
keçidindən istifadə etməlidirlər. Həmçinin müəllimlər hər dərsin bir
neçə dəqiqəsini yol hərəkəti qaydaları haqqında danışsalar müsbət
nəticəsi ola bilər. Valideynlərə isə avtomobillərini məktəblərin
ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və
piyada səkilərində saxlamamaq tövsiyə olunub.
Tədbirlər çərçivəsində müəllim və şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən kitabçalar da təqdim edilib.
Bir neçə şagirdə isə məktəb ləvazimatları hədiyyə olunub.
Tədbirlər ümumilikdə hər rayon üzrə 10-15 məktəb olmaqla 150-ə yaxın təhsil müəssisəsini əhatə edib.
Qeyd edək ki, "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbirlər davam etdiriləcək.
© xezerxeber.azAzərbaycanda tullantılar üçün 8 regional poliqon yaradılacaq
Evlilik təklifi baha başa gəldi - 84 min cərimə kəsildi - VİDEO
Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEO
Mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır - VİDEO
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Koronavirusa yoluxan şəxslər peyvənd ediləcək? - RƏSMİ AÇIQLAMA
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB