Əlavə imtahanların nəticələri açıqlanıb

09.09.2019 16:12

IX sinif buraxılış imtahanının II mərhələsi və "Azərbaycan dili” fənni üzrə imtahan verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 8-də Bakı və Gəncə şəhərlərində əlavə imtahanlar keçirilib.

İmtahanda iştirak etmiş şagirdlər Mərkəzin internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, dünən keçirilən IX sinif buraxılış imtahanının I mərhələsi, həmçinin XI sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR