Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Kolleclərə qəbul üçün ərizə qəbulu sistemi yenidən aktivləşdirilib

14.08.2019 11:54

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki aylarda aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün ərizə qəbulu sistemi yenidən aktivləşdirilib.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə – 2019-cu il martın 15-dən aprelin 15-dək və mayın 30-dan iyunun 12-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsində) iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 19-u saat 23:59-dək "ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və paroldan istifadə etməklə "Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Yuxarıda göstərilən tarixlərdə hər hansı ixtisas qrupu üzrə elektron ərizəsini təsdiqləmiş, lakin kolleclərin müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər (müsabiqə şərtlərini ödədikləri halda).

Xatırladaq ki, 11 illik təhsil bazasında kolleclərin ixtisas seçiminə ümumi balı 50‑dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə avqustun 15-dən 19-dək aparılacaq.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR