Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb

22.07.2019 12:06

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan xezerxeber.az-a bildiriblər ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). İyulun 22-dən 24-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin nominal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 22-də 1 faizdən, iyulun 23-24-də isə 5 faizdən aşağı qiymətləndirilir.

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR