XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında təcili tibbi yardım briqadalarına 18 müraciət olub

22.07.2019 11:15

İyulun 19-dan 22-dək XV Avropa Gənclər Yay Olimpiya Festivalı "Bakı-2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Səhiyyə Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, çağırışlardan 4-ü Atletlər Kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü "Baku Crystal Holl”, biri İdman Akademiyasına, biri FHN-in Hövsandakı İdman-Sağlamlıq Klubuna olub.

Müraciət edənlərdən 3-ü Klinik Tibbi Mərkəzinə, 1 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasınə çatdırılıb. Qalanlarına yerində yardım göstərilib.

Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR