İcbari tibbi sığortanın xidmətlər zərfində dəyişikliklər edilib

11.07.2019 11:51

"Biz keçən il icbari tibbi sığorta ilə bağlı pilot layihələrin xidmətlər zərfində hansı xidmətlərə daha çox və ya az ehtiyac olduğuna baxdıq. Ona görə biz xidmətlər zərfində müəyyən dəyişikliklər etmişik”.

Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, təklif olunan xidmətlər zərfində olan istiqamətlər süni mayalanma və orqan köçürülmələri ilə bağlıdır. "Təbii ki, bunu yenidən qiymətləndirmişik. Bunlar böyük vəsait tələb edən sahələrdir. Düşünmüşük və hesablamalarımız da göstərir ki, növbəti ildən müəyyən limitli bir həcmdə bunu başlamaq olar. Daha sonra bizim imkanlarımız artdıqca bunları genişləndirmək olar. Biz hazırda binalarla bağlı xidmətlər zərfində təklif kimi çıxış edirik. Bunlar öz təsdiqini tapdıqdan sonra daha əminliklə deyə bilərik ki, biz həmin o istiqamətdə nə qədər xidmətlər göstərə bilərik”.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR