Daha 881 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib

10.07.2019 11:14

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhid vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür. Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.

Dövlət başçısının keçən il aprelin 19-da və bu il yanvarın 28-də verdiyi fərmanlara əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. İndiyədək onlardan 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 90,2 faizə çatıb.

© xezerxeber.az

FOTOQALERIYA






150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR