ETSN şirkəti 20 min manat cərimələdi

09.07.2019 14:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan "Bakı 6 №-li Yol İstismarı” MMC-ni 20 min manat cərimələyib.

Trend-in məlumatına görə, qurum İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) maddəsilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər üçün 20 min manatdan 25 min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Sabunçu Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

"Bakı 6 №-li Yol İstismarı” MMC isə qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR