Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edildi

09.07.2019 12:44

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR