Bu ilin sonunadək Bakıya 542 lift gətiriləcək

09.07.2019 10:56

Bakı Şəhər "Lifttəmir” İstehsalat Birliyi Almaniya Federativ Respublikasının "Wittur Holding” GMBH şirkəti ilə müqavilə imzalayıb.

Bakı şəhər İcra Hakimiyyətindən xezerxeber.az-a bildirilib ki, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır.

İlin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək. Hazırda gətirilən liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.

Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaq.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR