Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

25.06.2019 10:02

İnsan qollarının təbii vəziyyəti aşağıdır. Bununla belə fizioterapevtlər hesab edir ki, gün ərzində əlləri yuxarı doğru qaldırmaq çox faydalıdır.

Əlləri yuxarı qaldırmaq orqanizm üçün bir çox cəhətdən faydalıdır.

Birincisi,əllər qaldırıldıqda, mədə-bağırsaq traktı az qıvrılır, bu da qidanın sürətlə keçməsinə kömək edir. Beləliklə, çürümə və fermentasiya proseslərinin qarşısının alınması, disbakteriozun inkişafı profilaktikası baş verir.

İkincisi,əllərinizi yuxarı qaldırmaqla, onların sallanmasına mane olursunuz. Sallanmış qollar onurğa sütununu deformasiya edir ki, bu da nəticədə osteokondroz və digər xəstəliklərin yaranmasına səbəb olur. Qollarınızı yuxarı doğru qaldırmaqla onurğa sütununun dartılmasına imkan verirsiniz, həmçinin elastikliyi inkişaf etdirirsiniz.

Üçüncüsü,yaşla bağlı olaraq orqanlar və döş necəsə qarın boşluğuna çökürlər, öz təbii yerini dəyişirlər. Məsələn, "uzanmış" ürək termini var. Bu, başqa orqanlara da aiddir. Odur ki, əllərinizi hər gün yuxarı qaldırmaqla daxili orqanları da yuxarı doğru çəkir və aşağı çökməsinin qarşısını alırsınız. Bundan başqa, sallanmış qarnı və zəifləmiş qarın əzələlərini bərpa edirsiniz. Əlləri qaldırmaqla qarının əzələlərini bərkidirsiniz.

Dördüncüsü, əlləri sadəcə yeməkdən sonra deyil, içkidən sonra da yuxarı qaldırmaq lazımdır. Belə olan halda su orqanizmdə uzun müddət qalmır. O, bağırsaqlardan tez keçir, onun daxili divarlarına yapışan bütün şlakları silib təmizləyir. Yeməkdən 20-30 dəqiqə əvvəl 1-1,5 stəkan adi su için və əllərini yuxarı qaldırın. Bu, xüsusilə qəbizliyi olan insanlar üçün faydalıdır.

Qeyd: Qolları şəkildə göstərildiyi kimi əlləri birləşdirib yuxarı qaldırmaq və bir müddət belə gəzmək daha yaxşıdır./publika.az

© xezerxeber.az


414 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR