Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Boşanma uşaqların kilo almasına səbəb olur

19.06.2019 12:37

İngiltərədə aparılan bir araşdırma valideynləri boşanan uşaqların digər uşaqlara nisbətən kilo almağa daha çox meylli olduqlarını ortaya qoyub.

Moderator.az xəbər verir ki, araşdırmaya görə, valideynləri boşanan, xüsusilə 6 yaşın altındakı uşaqlar daha çox kilo alır.

Nəticələri "Demography” jurnalında nümayiş olunan araşdırma çərçivəsində 2000 ilə 2002-ci illər arasında İngiltərədə doğulan 7574 uşağın məlumatları araşdırılıb. Uşaqların müvafiq 9 aylıq; 3, 5, 7, 11, 14 yaşlarındakı göstəricilərinə baxılaraq boy, çəki, yaş və cinsiyyətlərinə baxılaraq bədən kütlə indeksləri hesablanıb.

İş təkcə uşaqların bioloji ata-analarının ayrılmasının nəticələrinə yönəldilib və daha sonra birləşən ailələrin uşaqları araşdırma içində yer almayıb.

Tədqiqatda uşaqların valideynlərinin boşandığı 24 ay ərzində ana-ata ilə birlikdə olan uşaqlara nisbətən daha çox kilo aldıqları müəyyənləşdirilib.

Valideynləri ayrılmış uşaqların boşanmadan sonrakı 36 ay ərzində çox kiloqramlı, ya da obez olmaları ehtimalının da artdığı müəyyən edilib.

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR