Bu meyvə qocalmanın qarşısını alır

19.06.2019 10:13

Nar və nar şirəsi müəyyən yaşlanma proseslərinin yavaşlamasına səbəb olur.

Bu qənaətə İsveçrə Bioinformatika İnstitutu və Lozanna Politexnik Məktəbinin bir qrup mütəxəssisi gəlib.

Aparılan müşahidələr nəticəsində urolitin A maddəsi 50 yaşa çatarkən gücünü itirməyə başlayan əzələlərdə mitoxondrilərin funksiyasını gücləndirir. Bu maddə nar şirəsində və bəzi taxıllarda var.

Qeyd olunur ki, müşahidələr 60 nəfər yaşlı üzərində 28 gün ərzində aparılıb (Trend).

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2019 09:44

Neft bahalaşıb

ÇOX OXUNANLAR